"Mançester Yunayted" Sulşerə əvəzedici tapıb

"Mançester Yunayted" Sulşerə əvəzedici tapıb İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Ule Qunnar Sulşerə əvəzedici tapıb.
Futbol
11 Noyabr , 2021 09:50
Mançester Yunayted Sulşerə əvəzedici tapıb
Brendan Rocers

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Ule Qunnar Sulşerə əvəzedici tapıb.

"Report"un məlumatına görə, bu, hazırda "Lester"in sükanı arxasında olan Brendan Rocersdir. "Qırmızı şeytanlar" 48 yaşlı mütəxəssislə razılığa gələcəklərinə əmindirlər.

Şimali irlandiyalı baş məşqçinin hazırkı müqaviləsinə əsasən, "Lester" Avropanın top-klubundan təklif gələcəyi təqdirdə, onu buraxmalıdır. Rocers "tülkülər"ə 2019-cu ildən rəhbərlik edir. Əvvəllər o, İngiltərənin "Redinq", "Çelsi"nin U-18 və U-23 komandaları, "Uotford", "Liverpul", Uelsin "Suonsi" və Şotlandiyanın "Seltik" klublarında çalışıb.

"Mançester Yunayted"ə isə 2018-ci ildən Ule Qunnar Sulşer rəhbərlik edir. 48 yaşlı norveçli baş məşqçi 1996 - 2007-ci illərdə "qırmızı şeytanlar"ın oyunçusu olub.

Son xəbərlər

Orphus sistemi