"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir Eyndhoven təmsilçisinin də bu keçidə razılıq verəcəyi gözlənilir
Futbol
27 Sentyabr , 2022 12:05
Mançester Yunayted Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

İngiltərənin "Mançester Yunayted" klubu Niderland PSV-sində çıxış edən Kodi Qakponu heyətinə qatmağı düşünür.

"Report" "Forbes"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 2023-cü ilin yayında Kriştianu Ronaldunun gedişindən sonra 23 yaşlı hücumçunu transfer edə bilər.

Eyndhoven təmsilçisinin bu keçidə razılıq verəcəyi gözlənilir.

Qeyd edək ki, Niderland millisinin də formasını geyinən Kodi Qakpo cari mövsüm 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi