"Mançester Yunayted" "Real Madrid"in müdafiəçisinə təklif göndərdi

"Mançester Yunayted" "Real Madrid"in müdafiəçisinə təklif göndərdi İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Regilon karyerasını İngiltərədə davam etdirə bilər.
Futbol
3 Sentyabr , 2020 13:24
Mançester Yunayted Real Madridin müdafiəçisinə təklif göndərdi
Serxio Regilon

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Regilon karyerasını İngiltərədə davam etdirə bilər. 

"Report" AS nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 24 yaşlı müdafiəçiyə təklif göndərib. "Qırmızı şeytanlar" ispaniyalı oyunçu ilə uzunmüddətli müqavilə imzalamağa hazırdır. 

Regilon 2019/2020 mövsümündə icarə əsasında "Sevilya"da oynayıb. Avropa Liqasının qalibi olan komanda müdafiəçini yenidən heyətinə cəlb etmək istəyir. İtaliyanın "Yuventus" və İngiltərənin "Tottenhem" klubu da futbolçu ilə maraqlanır. 

Qeyd edək ki, Serxio Regilon 2019/2020 mövsümündə "Sevilya"nın heyətində 38 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi