İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi postu üçün bir neçə namizədi nəzərdən keçirir.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, siyahıda 4 mütəxəssisin adı var.
Bunlar "Çelsi"yə rəhbərlik edən Tomas Tuxel, Niderland "Ayaks"ının sükanı arxasında olan Erik ten Haq, İspaniya millisinin baş məşqçisi Luis Enrike və onun "Sevilya"dakı həmkarı Xulen Lopetegidir.
"Qırmızı şeytanlar" yeni baş məşqçinin gələn mövsümün əvvəlində işə başlamasını istəyir. Bu mənada Enrikenin təyinatı çox çətin görünür. Çünki 52 yaşlı mütəxəssis noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək istəyir.
Qeyd edək ki, hazırda "Mançester Yunayted"ə almaniyalı Ralf Ranqnik başçılıq edir.