“Mançester Yunayted” “Aston Villa”nı məğlub edib

“Mançester Yunayted” “Aston Villa”nı məğlub edib İngiltərə Premyer Liqasının 34-cü turunda “Aston Villa” “Mançester Yunayted”-lə qarşılaşıb.
Futbol
260
10 İyul , 2020 01:25
“Mançester Yunayted” “Aston Villa”nı məğlub edib

İngiltərə Premyer Liqasının 34-cü turunda “Aston Villa” “Mançester Yunayted”-lə qarşılaşıb.

“Report” xəbər verir ki, qarşılaşma Birminhemdə, “Villa Park” stadionunda keçirilib və “Mançester Yunayted”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 27-ci dəqiqədə açılıb. Brunu Fernandeş 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Birinci hissənin sonlarına Meyson Qrinvud hesabdakı üstünlüyü artırıb. İkinci hissədə Pol Boqba Fernandeşin ötürməsini qola çevirib - 3:0.

“Mançester Yunayted” 58 xal toplayaraq İngiltərə çempionatının turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Aston Villa” 27 xalla 19-cu yerdədir.