"Mançester Siti" Xosep Qvardiolanın rəhbərliyi altında ilk kuboku qazanıb - VİDEO

"Mançester Siti" Xosep Qvardiolanın rəhbərliyi altında ilk kuboku qazanıb - VİDEO Bakı. 25 fevral. REPORT.AZ/ İngiltərənin Mançester Siti klubu baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında ilk titula sahib olub.
Futbol
25 Fevral , 2018 23:37
Mançester Siti Xosep Qvardiolanın rəhbərliyi altında ilk kuboku qazanıb - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında ilk titula sahib olub.

"Report"un məlumatına görə, "şəhərlilər" İngiltərə Liqa Kubokunu qazanıb. 

Qvardiolanın komandası finalda "Arsenal"ı darmadağın edib - 3:0.

Hesabı 18-ci dəqiqədə Serxio Aqüero açıb. 58-ci dəqiqədə Vensan Kompani, 65-ci dəqiqədə isə David Silva fərqlənib.

Qeyd edək ki, Xosep Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir. Bu komanda tarixində 5-ci dəfə Liqa Kubokuna sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi