"Mançester Siti" və Qvardioladan yeni nailiyyət

"Mançester Siti" və Qvardioladan yeni nailiyyət İngiltərənin "Mançester Siti" klubu bu mövsüm bütün turnirlərdə 100 qol həddini keçib.
Futbol
17 Mart , 2021 09:48
Mançester Siti və Qvardioladan yeni nailiyyət

İngiltərənin "Mançester Siti" klubu bu mövsüm bütün turnirlərdə 100 qol həddini keçib.

"Report"un məlumatına görə, "şəhərlilər" ardıcıl 8-ci mövsüm bu nailiyyətə imza atıb. Premyer Liqa komandalarından yalnız "Mançester Yunayted" daha uzun - 9 mövsümlük (2004/2005 - 2012/2013) seriyaya malik olub.

Bundan başqa Xosep Qvardiolanın baş məşqçi olduğu kollektiv 2008/2009 mövsümündən etibarən bütün 12 mövsüm ərzində ən azı 100 qol vurub. Bu müddətdə təcrübəli mütəxəssis rəhbərlik etdiyi bütün komandalarla - İspaniya "Barselona"sı, Almaniya "Bavariya"sı və "Mançester Siti" ilə ümumilikdə 686 oyuna 1 718 dəfə fərqlənib.

Qeyd edək ki, "Mançester Siti" bu gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Almaniyanın "Borussiya" (Mönhenqladbax) komandasını 2:0 hesabı ilə yenib. "Şəhərlilər" ilk görüşdə də eyni hesabla qalib gəlmişdi.

Son xəbərlər

Orphus sistemi