"Mançester Siti"li futbolçunun atası oğlunun vurduğu qoldan sonra ölüb

"Mançester Siti"li futbolçunun atası oğlunun vurduğu qoldan sonra ölüb İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Natan Akenin atası dünyasını dəyişib.
Futbol
17 Sentyabr , 2021 12:23
Mançester Sitili futbolçunun atası oğlunun vurduğu qoldan sonra ölüb

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Natan Akenin atası dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə niderlandlı müdafiəçi özünün instaqram səhifəsində paylaşım edib

26 yaşlı oyunçunun sözlərinə görə, hadisə "şəhərlilər"in evdə Almaniya "Leyptsiq"inə 6:3 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk tur oyunu zamanı baş verib. Xəstəxanada müalicə olunan ata oğlunun ÇL-də ilk qolunu vurmasından bir neçə dəqiqə sonra keçinib.

"Son bir neçə həftə həyatımın ən çətin günləri oldu. Atam ağır xəstə idi, müalicəsi mümkün deyildi. O, anam və qardaşımın əhatəsində gözlərini yumdu. Bəlkə də bu, əvvəlcədən düşünülmüş sonluq idi. Həmişə mənim oyunumu izləməkdən həmişə qürur duyurdu", - Ake yazıb.

Qeyd edək ki, ötən ilin avqustundan "Mançester Siti"də çıxış edən Natan Ake "Leyptsiq"lə matçın 16-cı dəqiqəsində hesabı açıb.

Son xəbərlər

Orphus sistemi