"Mançester Siti" 15 matçda ardıcıl qalib gələrək İngiltərə çempionatında rekorda imza atıb

"Mançester Siti" 15 matçda ardıcıl qalib gələrək İngiltərə çempionatında rekorda imza atıb Bakı. 14 dekabr. REPORT.AZ/ Mançester Siti 1992-ci ildə yaradılmış İngiltərə Premyer Liqası tarixində turnir çərçivəsində ardıcıl olaraq 15 qələbə əldə edən ilk komanda olub.
Futbol
14 Dekabr , 2017 04:05
Mançester Siti 15 matçda ardıcıl qalib gələrək İngiltərə çempionatında rekorda imza atıb
Eurosport.ru

Bakı. 14 dekabr. REPORT.AZ/ "Mançester Siti" 1992-ci ildə yaradılmış İngiltərə Premyer Liqası tarixində turnir çərçivəsində ardıcıl olaraq 15 qələbə əldə edən ilk komanda olub.

"Report" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Xose Qvardiolanın komandası bu uğuru "Suonsi Siti" ilə qarşılaşmada əldə edib. Qarşılaşma "Mançester Siti"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə Premyer Liqasında bundan əvvəlki rekord "Arsenal"a aiddir. Komanda 2001/02 və 2002/03 mövsümlərində ardıcıl olaraq 14 matçda qalib gəlib.

Son xəbərlər

Orphus sistemi