Maltalı futbolçu: "Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq" - MÜSAHİBƏ

Maltalı futbolçu: "Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq" - MÜSAHİBƏ Bakı. 15 oktyabr. REPORT.AZ/ Malta millisinin kapitanı Andre Şembrinin UEFA Millətlər Liqasında Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Reporta müsahibəsi...
Futbol
15 Oktyabr , 2018 12:15
Maltalı futbolçu: Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq - MÜSAHİBƏ

Bakı. 15 oktyabr. REPORT.AZ/ Malta millisinin kapitanı Andre Şembrinin UEFA Millətlər Liqasında Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra "Report"a müsahibəsi... 

- Oyunla bağlı fikirləriniz necədir? 

- Əla oyun oldu. Qrupun əsas favoritlərindən birinə qarşı oynasaq da, meydanda yaxşı mübarizə apardıq. Hər iki komandanın qol imkanları oldu. Düşünürəm ki, heç-heçə bizim üçün yaxşı nəticədir.

- Paltardəyişmə otağında 1 xalı böyük coşğu ilə qeyd etdiniz. Turnir cədvəlindən xəbəri olmayan insan elə başa düşərdi ki, sanki qrupdan çıxmısınız...

- Çünki bizim üçün 1 xal çox vacib idi (gülür - T.Q.). 

- Oyunun gedişində vaxtilə Portuqaliya "Boavişta"sında komanda yoldaşınız olan Kamran Ağayevi cəzalandıra bilərdiniz. Həmin anı necə xatırlayırsınız? 

- Hər şey çox ani oldu. Lakin Kamran çox sürətli hərəkət etdi və fərqlənməyimə imkan vermədi. 

- Hər iki oyunda Azərbaycandan xal aldınız. Bunun sirri nədədir? 

- Açığı, səbəbini deyə bilməyəcəyəm (gülür - T.Q.). Hər oyunun öz çətinliyi var. Azərbaycan yaxşı komandadır. Düzdür, hər iki oyunda millinizdən xal aldıq. Amma hələ də inanıram ki, komandanız növbəti mərhələyə vəsiqə qazanacaq. 

- Sizcə, qrupun favoriti hansı komandadır: Kosovo, yoxsa Azərbaycan?

- Malta artıq favorit deyil (gülür - T.Q.). Həm Azərbaycan, həm də Kosovo qrupda birinci yeri tutmağa layiqdir. Son oyun da məhz bu iki komanda arasında keçiriləcək. Düşünürəm ki, finala bərabər qarşılaşma olacaq. Həmin görüşün nəticəsinə əsasən, komandalardan biri final mərhələsinə yüksələcək. 

- Bundan əvvəl Kosovo ilə oynadınız və 1:3 hesabı ilə uduzdunuz. Hansı oyun sizin üçün daha çətin alındı? 

- Kosovo ilə oyun daha gərgin keçdi. Stadion ağzına kimi dolmuşdu, meydanda sürətli oyun gedirdi. Amma yenə deyirəm: hər oyunun öz çətinliyi var. 

- Növbəti oyununuzu evdə Kosovoya qarşı keçirəcəksiniz. Bu rəqibi də büdrədə biləcəksiniz? 

- Əlbəttə, evdə oynayacağımız üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq.

- Oyundan sonra Emin Mahmudovla xeyli söhbət etdiniz. Maraqlıdır, nəyi müzakirə edirdiniz?

- Eminlə "Boavişta"da bir yerdə oynamışıq. Onunla yaxşı dostluğumuz var. Hətta komandanın səfər oyunları zamanı bir otaqda qalırdıq. Ümumi söhbət etdik, ailələrimizdən danışdıq. Emin də Kamran kimi yaxşı oğlandır.

Son xəbərlər

Orphus sistemi