Malta millisinin futbolçusu: "Azərbaycandan xal ala biləcək gücdəyik”

Malta millisinin futbolçusu: "Azərbaycandan xal ala biləcək gücdəyik” Bakı. 10 oktyabr. REPORT.AZ/ “Qrupdakı bütün komandalardan xal ala biləcək gücdəyik”.
Futbol
10 Oktyabr , 2018 15:01
Malta millisinin futbolçusu: Azərbaycandan xal ala biləcək gücdəyik”
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Qrupdakı bütün komandalardan xal ala biləcək gücdəyik”.

“Report” xəbər verir ki, bu sözləri Malta yığmasının futbolçusu Andrey Acus UEFA Millətlər Liqasının III turunda Kosovo millisi ilə səfərdə keçirəcəkləri oyundan əvvəl deyib.

32 yaşlı müdafiəçi Kosovo millisinin güclü tərəfinin milliyə dəvət alan bir çox oyunçunun güclü liqalarda çıxış etməsi olduğunu bildirib: “Kosovo millisini təhlil etmək üçün kifayət qədər vaxtımız var idi. Onların təhlükəli olduğu cəhətləri bilirik və çalışacağıq ki, onlara boş zonalar verməyək. Kosovo millisinin güclü tərəfi yığmadakı bir neçə futbolçunun güclü liqalarda oynamasıdır. Ancaq biz komanda şəklində oynayıb yaxşı nəticə qazanmağa çalışacağıq”. 

Acus Azərbaycan yığması ilə səfərdə keçirəcəkləri oyun haqqında da fikirlərini bölüşüb: “İki çətin səfər oyunu bizi gözləyir. Səfərdəki görüşlər bizim üçün həmişə çətin keçir. Amma bu oyunçulara öz bacarıqlarını göstərmək üçün ən yaxşı şansdır. Belə təcrübələr oyunçuların inkişaf etməsinə müsbət təsir göstərir. Düşünürəm ki, öz oyunumuzu göstərsək, qrupda istənilən komandadan xal ala bilərik”.

Qeyd edək ki, Malta millisi oktyabrın 11-də evdə Kosovo, 14-də isə səfərdə Azərbaycanla qarşılaşacaq.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi