"Makkabi"nin müdafiəçisi: "Neftçi" ilə oyun bizim üçün çox vacibdir"

"Makkabi"nin müdafiəçisi: "Neftçi" ilə oyun bizim üçün çox vacibdir" "Bu, həm bizim, həm də klub üçün vacib oyundur. Qrup mərhələsinə yüksəlmək üçün yaxşı imkanımız var".
Futbol
25 Avqust , 2021 19:20
Makkabinin müdafiəçisi: Neftçi ilə oyun bizim üçün çox vacibdir

"Bu, həm bizim, həm də klub üçün vacib oyundur. Qrup mərhələsinə yüksəlmək üçün yaxşı imkanımız var".

"Report"un İsrailə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun futbolçusu Boqdan Planiç evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Serbiyalı müdafiəçi Bakıdakı birinci qarşılaşmanın ilk hissəsində yaxşı təsir bağışladıqlarını bildirib: "Ümid edirəm ki, cavab görüşündə də inamlı oynayacağıq və bu, qələbə üçün kifayət edəcək".

Uzun müddətdir avrokuboklarda oynamaqdıqlarını xatırladan 29 yaşlı futbolçu sindromu qırmaq üçün əla fürsət yaxaldıqlarını söyləyib: "Yaxşı kollektivimiz var. Yenidən tarix yaza bilərik. Hələ mövsümün əvvəlində öz aramızda bu barədə danışmışdıq. Beynəlxalq arenaya qayıtmağı çox istəyirik".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.

Son xəbərlər

Orphus sistemi