"Makkabi"nin kapitanı: "Hazırda yalnız "Qarabağ"la oyunu düşünürük"

"Makkabi"nin kapitanı: "Hazırda yalnız "Qarabağ"la oyunu düşünürük" "Qəribə vəziyyət yaranıb. Bizim üçün üstünlük sayılmasına baxmayaraq, hər iki komanda neytral meydanda oynayacaq. İstənilən halda, bu, səfər matçıdır".
Futbol
3 Dekabr , 2020 00:27
Makkabinin kapitanı: Hazırda yalnız Qarabağla oyunu düşünürük
Şeran Yeyni

"Qəribə vəziyyət yaranıb. Bizim üçün üstünlük sayılmasına baxmayaraq, hər iki komanda neytral meydanda oynayacaq. İstənilən halda, bu, səfər matçıdır".

"Report"un məlumatına görə, bunu İsrailin "Makkabi" (Tel-Əviv) komandasının kapitanı Şeran Yeyni UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi matçın ağır keçəcəyini bildirib: "Qarabağ"la ilk oyunumuzda 1:0 hesablı qələbə qazanmışdıq. Rəqib "Sivasspor"a son dəqiqələrdə buraxdığı qolla uduzdu. Hesab edirəm ki, çətin oyun olacaq. Qələbə üçün əlimizdən gələni edəcəyik. Hazırda yalnız bunu düşünürük. Mərhələ adlamaq çətin vəzifədir. Bu baş versə, bizim üçün əla təcrübə olacaq. Amma hazırda yalnız sabahkı görüşdə qalib gəlməyi düşünürük".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi