"Makkabi"nin futbolçusu "Qarabağ" üzərində qələbədən danışdı

"Makkabi"nin futbolçusu "Qarabağ" üzərində qələbədən danışdı "Özümü əla hiss edirəm. Meydana qayıtmaqdan və qələbə qazanmaqdan məmnunam".
Futbol
1398
23 Oktyabr , 2020 09:17
Makkabinin futbolçusu Qarabağ üzərində qələbədən danışdı
Dan Qleyzer

"Özümü əla hiss edirəm. Meydana qayıtmaqdan və qələbə qazanmaqdan məmnunam".

"Report"un məlumatına görə, bu fikirləri İsrailin "Makkabi" (Təl-Əviv) klubunun futbolçusu Dan Qleyzer UEFA Avropa Liqasının I qrupunun ilk turunda "Qarabağ"ı məğlub etdikləri oyun barədə danışarkən deyib.

Koronavirusdan yenicə sağalmış 24 yaşlı yarımmüdafiəçi meydana qələbə ilə qayıtdığı üçün sevincli olduğunu bildirib: "Xəstəliklə mübarizə aparmaq asan deyil. Evdə bir neçə çətin gün keçirdik. Bir ay birlikdə məşq etmədik. Evdə fərdi qaydada hazırlaşırdım. Meydana qələbə ilə qayıtmaq xoşdur. Sevinirəm ki, oyun bizim üstünlüyümüzlə başa çatdı. İndi sabitliyi qorumalıyıq".

Qeyd edək ki, "Qarabağ" Təl-Əvivdə "Makkabi"yə 0:1 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi