"Makkabi"nin baş məşqçisi: "Ötən mövsümdəki "Zirə" daha yaxşı idi"

"Makkabi"nin baş məşqçisi: "Ötən mövsümdəki "Zirə" daha yaxşı idi" "Fantastik futbol oynamadıq. Qələbə qazanmalı idik. Bunu da bacardıq. Hələlik pik formamızda deyilik".
Futbol
21 İyul , 2022 22:15
Makkabinin baş məşqçisi: Ötən mövsümdəki Zirə daha yaxşı idi

"Fantastik futbol oynamadıq. Qələbə qazanmalı idik. Bunu da bacardıq. Hələlik pik formamızda deyilik".

"Report"un məlumatına görə, bunu İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Bakıda "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı serbiyalı mütəxəssis "qartallar"ın ideal formada olmadığını bildirib: "Ötən mövsüm oyunlarına baxdığım "Zirə" daha yaxşı idi. Məsələn, "Qarabağ"a qarşı daha yaxşı oynamışdılar. Bəlkə də bu ilk rəsmi matç keçirmələrindən irəli gəlir. Əminəm ki, "Zirə" getdikcə oyununu daha da qaydasına salacaq. Cavab matçı bir növ duelin ikinci hissəsi olacaq".

İviçin sözlərinə görə, nəticədən asılı olmayaraq, evdəki qarşılaşmada hər şey ola bilər: "Cavab oyununda daha diqqətli olmalıyıq".

O, hakim qərarları barədə danışmaq istəmədiyini əlavə edib.

Qeyd edək ki, cavab görüşü iyulun 28-də Təl-Əvivdə oynanılacaq.

Son xəbərlər

Orphus sistemi