Makedoniyalı futbolçu: "Azərbaycana motivasiya və inamla gedirik"

Makedoniyalı futbolçu: "Azərbaycana motivasiya və inamla gedirik" "Əlbəttə, oyunun asan olacağını iddia etmirik. Çünki hər rəqibin özünəməxsus çətinliyi var. Amma mərhələni keçmək üçün Azərbaycanamotivasiya və inamla gedirik".
Futbol
294
25 Avqust , 2020 23:18
Makedoniyalı futbolçu: Azərbaycana motivasiya və inamla gedirik
Besart İbraim

"Əlbəttə, oyunun asan olacağını iddia etmirik. Çünki hər rəqibin özünəməxsus çətinliyi var. Amma mərhələni keçmək üçün Azərbaycana motivasiya və inamla gedirik".

"Report"un məlumatına görə, bunu Şimali Makedoniya "Şkendiya"sının futbolçusu Besart İbraimi UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt"la oyun barədə danışarkən deyib.

34 yaşlı hücumçu bildirib ki, qalib gəlmək üçün lazımı səviyyədə oynamalıdırlar: "Çempionatın son turunda vurduğum qol məni ruhlandırır. Əminəm ki, Azərbaycanda da üstün tərəf biz olacağıq".

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi