"Dinamo" Mahir Emrelini hansı məbləğə transfer edib?

"Dinamo" Mahir Emrelini hansı məbləğə transfer edib? Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçidinin detalları bəlli olub.
Futbol
3 Fevral , 2022 09:08
Dinamo Mahir Emrelini hansı məbləğə transfer edib?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçidinin detalları bəlli olub.

"Report" Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun transferi Zaqreb klubuna təxminən 1 milyon avroya başa gəlib.

Emreli ilə müqaviləni ləğv edən Polşanın "Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib.

Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi