Mahir Emrelinin daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb

Mahir Emrelinin daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb Yay transfer dönəmində Polşa klublarına keçən futbolçuların çıxışları dəyərləndirilib.
Futbol
13 Sentyabr , 2021 10:13
Mahir Emrelinin daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb
Mahir Emreli

Yay transfer dönəmində Polşa klublarına keçən futbolçuların çıxışları dəyərləndirilib.

"Report"un məlumatına görə, "Sport1.oslobodjenje" nəşri bir neçə oyunçunu xüsusi fərqləndirib.

Onların arasında "Qarabağ"dan "Legiya"ya keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. 24 yaşlı forvard Ekstraklasada çıxış edən ən yaxşı futbolçular sırasında göstərilib.

Nəşr Emreli ilə yanaşı bir neçə oyunçunun bu ölkədə çox qalmayacağını bildirib. "Rakuv"dan qapıçı Vladan Kovaçeviç və Mahir Emrelinin yüksək məbləğ qarşılığında daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb.

Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə 2+1 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi