Mahir Emreli: "Qətərlə oyunda səhvlərə yol verdik"

Mahir Emreli: "Qətərlə oyunda səhvlərə yol verdik" "Çətin oyun oldu. Qətər yaxşı komandadır. Fiziki cəhətdən topla yaxşı oynayan kollektivdir. Çatışmazlıqlarımız oldu. Lüksemburqla matçda çoxlu güc itirmişdik".
Futbol
216
14 Noyabr , 2021 23:01
Mahir Emreli: Qətərlə oyunda səhvlərə yol verdik
Mahir Emreli

"Çətin oyun oldu. Qətər yaxşı komandadır, topla yaxşı oynayırlar. Bizdə bir sıra çatışmazlıqlar oldu. Lüksemburqla matçda çoxlu güc itirmişdik. Həmin qarşılaşma ağır olmuşdu. 10 nəfərlə dayanmadan qaçmışdıq. Buna baxmayaraq, o cür ağır matçdan sonra belə mübarizə aparmaq alqışalayiqdir".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Qətərlə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

24 yaşlı hücumçu nəticəni qoruyub saxlaya bilmədiklərini vurğulayıb: "Bizim üçün yaxşı görüş oldu, sonadək mübarizə apardıq. Sonda bəzi səhvlərə yol verdiyimiz üçün qapımızda qol gördük. Artıq 2021-ci ildə yığmada axırıncı matçımız oldu. Hamı öz klubuna qayıdacaq. Baxaq görək, bizi nələr gözləyir".

Emreli cari ildə çox yaxşı oyunlarının olduğunu sözlərinə əlavə edib: "Lüksemburqla səfərdə yaxşı oyun sərgiləmişdik. Serbiya ilə matçları da qeyd edə bilərəm. Onlara qarşı hər iki görüşümüzü yaxşı səviyyədə keçirdik. Buraya İrlandiya ilə matçı da əlavə edərdim. Portuqaliya ilə qarşılaşmanı isə bu sıraya qatmazdım. Onların səviyyəsi hamıya bəllidir. Seçmə mərhələdən əvvəl Millətlər Liqasında yaxşı oyunlarımız olmuşdu".

Forvard futbolçuların əllərindən gələni etdiyini söyləyib: "Biz təlim-məşq toplanışlarına qatılırıq, ailəmizi və yaxınlarımız görmürük. Məşqlər və analizlər edirik. Sonda uduzmağı heç kim istəməz. Mənə inanın, bütün futbolçular əziyyət çəkir. Sadəcə, baş məşqçimiz Canni De Byazinin dediyi kimi, komandaya bir az vaxt lazımdır".

Son xəbərlər

Orphus sistemi