Mahir Emrelidən Türkiyə millisinin məğlubiyyətinə reaksiya

Mahir Emrelidən Türkiyə millisinin məğlubiyyətinə reaksiya Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun televiziyasına açıqlama verib
Futbol
17 İyun , 2021 12:27
Mahir Emrelidən Türkiyə millisinin məğlubiyyətinə reaksiya

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun televiziyasına açıqlama verib.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Avropa çempionatının Bakıda keçirilmiş Türkiyə - Uels oyunundan danışıb.

Emreli həmin vaxt matçın hesabını izlədiyini də bildirib: "Hazırda 60-cı dəqiqədədir və Türkiyə 0:1 hesabı ilə məğlub olur. Bu nəticəni eşidəndə pis oldum. İnanıram ki, Burak Yılmaz iki qol vuracaq və Mahir Emreliyə həsr edəcək (gülür)".

Forvard daha sonra klubun operatoruna zarafatca "Siz nə vaxt çəkilişi dayandıracaqsınız" sualını verib. Daha sonra isə "Məncə, kamera məni sevir" ifadəsini işlədib. O, öz komandasında UEFA Çempionlar Liqasında uğurlar arzulayıb: "Əslində hər zaman deməyə sözüm olur. Sadəcə, indi nə danışacağımı bilmirəm. Məşqdən yenicə çıxmışam, bir az yorğunam".

Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. "Legiya" Çempionlar Liqasının I təsnifat mərhələsində Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gələcək. I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi