"Liverpul" yayda Məhəmməd Salahı sata bilər

"Liverpul" yayda Məhəmməd Salahı sata bilər İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.
Futbol
2 May , 2022 09:37
Liverpul yayda Məhəmməd Salahı sata bilər

İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu hələlik 2023-cü ildə başa çatacaq müqaviləsinin uzadılmasına razılıq verməyib.

Mersisayd təmsilçisi bu səbəbdən yayda misirli forvardı sata bilər. "Liverpul" təcrübəli oyunçunun klubu azad agent kimi tərk etməsini istəmir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Hücumçu cari mövsüm Premyer Liqada 22 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi