Londonun “Kristal Pelas” klubu “Liverpul”a məxsus olan yarımmüdafiəçi Ben Douk üçün yeni təklif göndərməyi nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə
“Kristal Pelas” şotlandiyalı futbolçu üçün yeni təklif hazırlamağa çalışdığı halda, “Liverpul” Ben Doukun 30 milyon funt sterlinq dəyərində qiymətləndirməsində israr edəcək”, – nəşr qeyd edib.
“Kristal Pelas” və “İpsviç” 19 yaşlı yarımmüdafiəçini transfer etməyə cəhd göstərib. Lakin müvafiq olaraq 15 milyon və 16 milyon funt sterlinqlik təkliflər rədd edilib.
Hələlik klub oyunçunu Maykl Karrikin başçılığındakı “Midlsbro”da icarədə saxlamaq niyyətindədir.
Xatırladaq ki, “Liverpul”un icarə əsasında Avstriyanın “Zaltsburq” komandasında çıxış edən ispaniyalı dayaq yarımmüdafiəçisi Stefan Bayçetiç İspaniyanın “Betis” klubunun diqqətini cəlb edib. Bununla belə, Mersisayd təmsilçisinin futbolçusunu mövsümün sonunadək Avstriya klubunda saxlamağı düşündüyü deyilir.
Bundan başqa, qapıçı Marselo Pitaluqa sərbəst agent kimi “Fluminense”yə (Braziliya) keçərək “qırmızılar”ın düşərgəsini tərk edib. Klub gələcək satışdan 40 % pay hüququnu özündə saxlayıb.