“Liverpul”un baş məşqçisi Arne Slot və onun köməkçisi Sipke Hulshoff oyundan dərhal sonra qırmızı vərəqə almalarına görə mətbuat konfransında iştirak edə bilməyiblər. Baş məşqçinin ikinci köməkçisi Con Heytinqanın da oyunla bağlı şərh verməyəcəyinə qərar verilib.
“Report” xəbər verir ki, bu barədə
“Everton” ilə qalmaqallı matçın (2:2) final fitindən sonra “Liverpul”un baş məşqçisi Arne Slot açıqlama verə və mətbuat konfransında iştirak edə bilməyib. O, baş hakim Maykl Oliver ilə mübahisəyə görə qırmızı vərəqə alıb. Eyni aqibəti onun köməkçisi Sipke Hulshoff da yaşayıb.
İngiltərə Premyer Liqasının reqlamentinə əsasən, qırmızı vərəqə alan məşqçilər media qarşısına çıxmırlar. Klub ikinci köməkçi Heytinqanı isə mətbuat konfransına göndərməməyi qərara alıb.
Beləliklə, “Liverpul” matçdan sonra rəsmi şərhlərdən tamamilə imtina edib. Bunun əvəzinə komandanın kapitanı Vircil van Deyk hakimin idarəçiliyindən narazılığını bildirərək, onun oyuna nəzarət edə bilmədiyinə diqqət çəkib.
Slot, Hulshoff və bu matçda qovulan Körtis Cons “Vulverhempton” ilə növbəti oyunu buraxacaqlar. Komandanın müvəqqəti məşqçisi isə, böyük ehtimalla Heytinqa olacaq.