"Liverpul" "Benfika" ilə Nunyesin transfer məbləğində razılığa gəlib

Futbol
  • 11 iyun, 2022
  • 01:43
Liverpul Benfika ilə Nunyesin transfer məbləğində razılığa gəlib

“Liverpul” hücumçu Darvin Nunyes üçün “Benfika” ilə razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

İngiltərə klubu 22 yaşlı uruqvaylı üçün 80 milyon avro ödəyəcək. Həmçinin bonus ödənişlərinin məbləği əlavə olaraq 20 milyon avro təşkil edə bilər.

Futbolçunun özü “qırmızılar”la 2027-ci ilədək müddətə müqavilə imzalayacaq.

Nunyes ötən mövsüm “Benfika”nın heyətində 41 oyunda 34 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

44 filmi