"Liverpul" Almaniya klubunun iki müdafiəçisini istəyir

"Liverpul" Almaniya klubunun iki müdafiəçisini istəyir İngiltərənin "Liverpul" klubu Almaniya "Leyptsiq"inin iki futbolçusunu transfer etməyə hazırlaşır.
Futbol
16 Yanvar , 2021 14:16
Liverpul Almaniya klubunun iki müdafiəçisini istəyir

İngiltərənin "Liverpul" klubu Almaniya "Leyptsiq"inin iki futbolçusunu transfer etməyə hazırlaşır.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, bunlar Dayot Upamekano və İbrahima Konatedir.

Mersisayd təmsilçisindən başqa Avropanın digər nəhəng klubları da hər iki müdafiəçini heyətinə qatmaq istəyir. "Liverpul" bu transferlər üçün qarşı tərəfə 80 milyon avrodan çox ödəniş etməlidir.

Qeyd edək ki, Dayot Upamekano və İbrahima Konate 2017-ci ildən "Leyptsiq"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi