"Liverpul" 2 aylıq fasilədən sonra məşqləri bərpa etdi

"Liverpul" 2 aylıq fasilədən sonra məşqləri bərpa etdi İngiltərə hökumətinin klublara kiçik qruplar şəklində məşqlərə icazə verməsindən sonra hazırlığa başlayan ilk komanda Liverpul olub.
Futbol
19 May , 2020 14:27
Liverpul 2 aylıq fasilədən sonra məşqləri bərpa etdi

İngiltərə hökumətinin klublara kiçik qruplar şəklində məşqlərə icazə verməsindən sonra hazırlığa başlayan ilk komanda "Liverpul" olub.

"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, Premyer Liqanın lideri iki aylıq fasilənin ardından öz bazasında məşqləri bərpa edib.

Bazaya gedən futbolçular arasında kapitan Cordan Hendersonla niderlandlı müdafiəçi Vircil van Deyk də olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi