Lionel Messi yığmanın heyətində ən çox qol vuran ikinci futbolçu olub
Futbol
- 10 iyul, 2024
- 06:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentinalı ulduz Lionel Messi millinin heyətində ən çox qol vuran ikinci futbolçu olub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu buna ABŞ-də təşkil edilən Amerika Kubokunun yarımfinalında qarşılaşdıqları Kanada ilə oyunda nail olub.
O, millinin heyətində 109-cu qolunu vuraraq iranlı Əli Daeini (108) ötüb və ikinci pilləyə yüksəlib. Yığmada ən çox qol vuran futbolçuların siyahısına isə 130 qolla portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu başçılıq edir.
Qeyd edək ki, L.Messi Argentina millisində 2005-ci il avqustun 17-də, Macarıstanla yoldaşlıq oyununda debüt edib və meydana daxil olduqdan bir dəqiqə sonra qırmızı vərəqə görüb. Futbolçu millidə ümumilikdə 186 oyun keçirib.
Son xəbərlər
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
00:27
Tusk Konstitusiya Məhkəməsi məsələsində Polşa Prezidenti ilə kompromisə getməyəcəyini açıqlayıb
Digər ölkələr
00:09
Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
Digər ölkələr
23:44
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Digər ölkələr