Məşhur nəşr Lionel Messini tənqid edib

Məşhur nəşr Lionel Messini tənqid edib "Messi saralıb-solur. Başını aşağı endirib meydanda gəzir. Artıq oyuna təsir edə bilmir"
Futbol
21 Sentyabr , 2021 10:10
Məşhur nəşr Lionel Messini tənqid edib
Lionel Messi

Fransanın məşhur "Le Parisien" nəşri PSJ-nin ulduz futbolçusu Lionel Messini Liqa 1-in VI turunda "Lion"la oyundakı çıxışına görə tənqid edib.

"Report" xəbər verir ki, nəşr 34 yaşlı hücumçunun meydanda gəzişdiyini yazıb.

Yazıda həmçinin argentinalı oyunçunun Parisdə çox qalmasının gözləniləndən daha çətin olacağı da vurğulanıb: "Messi saralıb-solur. Başını aşağı endirib meydanda gəzir. Artıq oyuna təsir edə bilmir".

Qeyd edək ki, görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb - 2:1. Start heyətində yer alan Lionel Messi 76-cı dəqiqədə əvəzlənib. Əvəzlənməsindən narazı qalan forvard baş məşqçi Maurisio Poçettinonun əlini sıxmaqdan imtina edib.

Son xəbərlər

Orphus sistemi