Lionel Messi "Barselona" ilə vidalaşıb - RƏSMİ

Lionel Messi "Barselona" ilə vidalaşıb - RƏSMİ Argentina millisinin futbolçusu Lionel Messi İspaniya "Barselona"sı ilə yollarını ayırıb.
Futbol
6521
5 Avqust , 2021 21:57
Lionel Messi Barselona ilə vidalaşıb - RƏSMİ

Argentina millisinin futbolçusu Lionel Messi İspaniya "Barselona"sı ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.

Bildirilib ki, bir müddət öncə tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunsa da, maliyyə şərtləri və digər məsələlərə görə əməkdaşlığa xitam verilib.

"Barselona" 34 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi