"Leyptsiq" Simonsu 75 milyon avroya "Barselona"ya sata bilər

"Leyptsiq" Simonsu 75 milyon avroya "Barselona"ya sata bilər Yarımmüdafiəçi Xavi Simons bu yay Almaniyanın "Leypsiq" futbol klubundan ayrılmağı planlaşdırır.
Futbol
20 aprel 2025 16:48
Leyptsiq Simonsu 75 milyon avroya Barselonaya sata bilər

Yarımmüdafiəçi Xavi Simons bu yay Almaniyanın "Leyptsiq" klubundan ayrılmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, niderlandlı futbolçu 2019-cu ilə qədər təmsil olunduğu "Barselona"ya qayıtmaq arzusundadır. Lakin Romanonun fikrincə, Simonsun Kataloniya klubuna keçidinin yayda baş tutmaq ehtimalı azdır.

21 yaşlı futbolçu ilə İngiltərə çempionatı klublarının maraqlandığı vurğulanır.

"Leyptsiq" futbolçunun mümkün transferindən təxminən 75 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 29 matçda iştirak edib, 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Simonsun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi