"Lex" "Qarabağ"a görə Superkubok matçının təxirə salınmasını istəyib

"Lex" "Qarabağ"a görə Superkubok matçının təxirə salınmasını istəyib "Lex" klubu "Rakov"a keçirəcəkləri Polşa Super Kuboku uğrunda oyunun təxirə salınmasını istəyib.
Futbol
4 İyul , 2022 16:55
Lex Qarabağa görə Superkubok matçının təxirə salınmasını istəyib

"Lex" klubu "Rakov"a qarşı keçirəcəkləri Polşa Super Kuboku uğrunda oyunun təxirə salınmasını istəyib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

56 yaşlı mütəxəssis "Qarabağ"la UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşmaq üçün bu addımı atdıqlarını söyləyib.

Niderlandlı baş məşqçi Polşa Futbol İttifaqının bu təklifi rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" “Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək. "Lex" - "Rakov" görüşü avqustun 9-da olacaq.

Son xəbərlər

Orphus sistemi