Almaniyanın "Bavariya" klubunun və Polşa millisinin hücumçusu Robert Levandovski ilin futbolçusu sayılıb.
"Report"un məlumatına görə, "The Guardian" nəşrinin versiyasında ikinci yerə Fransa PSJ-si və Argentina millisinin forvardı, "Qızıl top" sahibi Lionel Messi layiq görülüb.
"5-liy"ə Məhəmməd Salah ("Liverpul" İngiltərə, Misir), Kərim Benzema ("Real Madrid" İspaniya, Fransa) və Jorjinyo ("Çelsi" İngiltərə, İtaliya) da düşüb. Əvəzində Kilian Mbappe (PSJ, Fransa) 6-cı, Kriştianu Ronaldu ("Mançester Yunayted" İngiltərə, Portuqaliya) 8-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Robert Levandovski "The Guardian"ın versiyası üzrə ilin futbolçusu adına ardıcıl ikinci il sahib çıxıb. Bu mövsüm 33 yaşlı hücumçu Almaniya Bundesliqasında 17 oyuna 19 qol vurub. Onun "Bavariya" ilə müqaviləsi 2023-cü ilədəkdir.