"Legiya" Mahir Emrelini ittiham edən sabiq futbolçusunu məhkəməyə verir

"Legiya" Mahir Emrelini ittiham edən sabiq futbolçusunu məhkəməyə verir Polşa "Legiya"sı komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır.
Futbol
895
28 Oktyabr , 2021 20:03
Legiya Mahir Emrelini ittiham edən sabiq futbolçusunu məhkəməyə verir

Polşa "Legiya"sı komandanın bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşır.

"Report" klubun rəsmi tviter səhifəsinə istinadən xəbər verir ki, bununla bağlı Varşava təmsilçisinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, veteran forvarda qarşı hüquqi addımlar atılacaq. Bundan əlavə, bəyanatda bəzi oyunçuların və klub rəsmilərinin ev icarəyə götürmələri və orada əyləncə məclisi təşkil etmələri ilə təkzib olunub.

Xatırladaq ki, Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb.

Son xəbərlər

Orphus sistemi