Kvaratsxeliya Rusiya çempionatının ən bahalı futbolçuları sırasında

Kvaratsxeliya Rusiya çempionatının ən bahalı futbolçuları sırasında 20 yaşlı vingerin qiyməti əvvəlki ilə müqayisədə 5 milyon avro artaraq, 15 milyon avroya çatıb
Futbol
13 Aprel , 2021 19:29
Kvaratsxeliya Rusiya çempionatının ən bahalı futbolçuları sırasında

Rusiya Premyer Liqasında çıxış edən futbolçuların yeni transfer qiymətləri açıqlanıb.

"Report" "transfermarkt" nəşrinə istinadən xəbər verir ki, dəyərini ən çox artıran oyunçuların siyahısına "Rubin"in yarımmüdafiəçisi Xviça Kvaratsxeliya başçılıq edir.

20 yaşlı vingerin qiyməti əvvəlki ilə müqayisədə 5 milyon avro artaraq, 15 milyon avroya çatıb. O, bu göstərici ilə ölkə çempionatının ən bahalı futbolçuları arasında ilk "5-liy"ə düşüb.

Siyahının birinci pilləsində 30 milyon avro dəyəri olan MOİK-in hücumameylli yarımmüdafiəçisi Nikola Vlaşiç yer alıb. "Zenit"in vingeri Malkom (24 milyon avro) ikinci, hücumçusu Sərdar Azmun (23 milyon) isə üçüncüdür.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Son xəbərlər

Orphus sistemi