Kubokun final matçı sosial məsafə pozulduğu üçün dayandırılıb

Kubokun final matçı sosial məsafə pozulduğu üçün dayandırılıb "Olborq" və "Sönneryüsk" komandaları arasındakı Danimarka Kubokunun final matçı təxminən 15 dəqiqəlik dayandırılıb
Futbol
2 İyul , 2020 09:42
Kubokun final matçı sosial məsafə pozulduğu üçün dayandırılıb

"Olborq" və "Sönneryüsk" komandaları arasındakı Danimarka Kubokunun final matçı təxminən 15 dəqiqəlik dayandırılıb. 

"Report"un məlumatına görə, buna azarkeşlərin sosial məsafə qaydalarını pozmaları səbəb olub. 30-cu dəqiqədə baş hakim Yurgen Burhardt matçı saxlayıb. Çünki "Olborq" fanatları koronavirus pandemiyası ilə əlaqədar tövsiyə olunan sosial məsafə qaydasına əməl etməyib.

Nəticədə bəzi azarkeşlər stadiondan çıxarılıb və qarşılaşmanı sonadək 1 250 fanat izləyib. 

Qeyd edək ki, matç "Sönneryüsk"ün 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi