Kriştianu Ronaldunun transfer məbləği açıqlanıb

Kriştianu Ronaldunun transfer məbləği açıqlanıb İtaliya "Yuventus"undan İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronaldunun transferinin maliyyə detalları açıqlanıb.
Futbol
31 Avqust , 2021 11:19
Kriştianu Ronaldunun transfer məbləği açıqlanıb
Kriştianu Ronaldu

İtaliya "Yuventus"undan İngiltərənin "Mançester Yunayted" klubuna keçən Kriştianu Ronaldunun transferinin maliyyə detalları açıqlanıb.

"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib.

Məbləğ 5 il ərzində ödənilməlidir. Bundan başqa, "qırmızı şeytanlar" və Ronaldu konkret idman nailiyyətləri əldə edəcəyi təqdirdə Turin təmsilçisi üçün 8 milyon avro bonus nəzərdə tutulub.

Təcrübəli forvard "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.

Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi