Kriştianu Ronaldu xəsarət yetirdiyi qadına hədiyyə verib

Kriştianu Ronaldu xəsarət yetirdiyi qadına hədiyyə verib İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu Çemponlar Liqasının qrup mərhələsinin İsveçrəsin "Yanq Boyz" komandasına qarşı matçından (1:2) sonra öz futbolkasını oyundan əvvəl təsadüfən topla xəsarət yetirdiyi qadın st
Futbol
8136
15 Sentyabr , 2021 03:35
Kriştianu Ronaldu xəsarət yetirdiyi qadına hədiyyə verib

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində I turunda İsveçrəsin "Yanq Boyz" komandası ilə oyundan əvvəl təsadüfən topla xəsarət yetirdiyi qadın stüarta öz futbolkasını hədiyyə verib.

“Report” xəbər verir ki, bu barədə “Observador” bildirib.

Qeyd edək ki, Ronaldu İsveçrə klubu ila matçdan əvvəl məşq zamanı topla qadına təsadüfən xəsarət yetirib.

Futbolçu matçdan sonra hasarı aşıb və tibbi yardımın göstərildiyi zərərçəkmişə yaxınlaşaraq üzr istəyib.

Kriştianu Ronaldunun qol vurmasına baxmayaraq, "Mançester Yunayted" İsveçrədə "Yanq Boyz"a 1:2 hesabı ilə uduzub.

"Mançester Yunayted" avqustun 27-də Ronaldunun qayıdışını elan edib. KİV-in məlumatına görə, transferin məbləği 20 milyon avro təşkil edib. Ronaldu 2003-cü ildən 2009-cu ilə qədər "qırmızı şeytanlar"ın heyətində çıxış edib. O, İngiltərə Premyer Liqasının üçqat çempionu və Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi