Kriştianu Ronaldu vergidən yayındığına görə həbs oluna bilər

Kriştianu Ronaldu vergidən yayındığına görə həbs oluna bilər O, imic hüququndan əldə etdiyi pulları Vircin adalarındakı ofşor şirkətlər vasitəsilə vergidən gizlətməkdə şübhəli bilinir
Futbol
25 May , 2017 12:14
Kriştianu Ronaldu vergidən yayındığına görə həbs oluna bilər

Bakı. 25 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu vergidən yayındığı üçün 8 milyon avro məbləğində cərimələnə və 4 aylıq həbs cəzasına məhkum edilə bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, vergi qurumu portuqaliyalı hücumçunun 2011 - 2014-cü illər üzrə vergidən təxminən 8 milyon avro məbləğ yayındırdığına dair sübutların olduğunu hesab edir.

Məlumata görə, Ronaldu imic hüququndan əldə etdiyi pulları Vircin adalarındakı ofşor şirkətlər vasitəsilə vergidən gizlədib.

Son xəbərlər

Orphus sistemi