Kriştianu Ronaldu vergi cinayətinə yol verdiyini boynuna alıb
Futbol
- 22 yanvar, 2019
- 10:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 yanvar. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.
“Report” “Football Italia”ya istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu bu gün baş tutan məhkəmədə 23 aylıq həbsə və 18,8 milyon avro cərimə ödəməyə razılıq verib. Lakin cəza müddəti 2 ildən çox olmadığına görə, İspaniya qanunlarına əsasən, şərti xarakter daşıyır.
Qeyd edək ki, Ronaldu 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunurdu. 2009-cu ildən “Real Madrid”də çıxış edən forvard ötən yay “Yuventus”a keçib.
Son xəbərlər
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr
02:19
İran "Starlink"ə qarşı yerli peyk interneti yaratmaq istəyir
Region
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region