Kriştianu Ronaldu "Bavariya"da çıxış edə bilər

Kriştianu Ronaldu "Bavariya"da çıxış edə bilər İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını Almaniyada davam etdirə bilər.
Futbol
19 Fevral , 2022 16:15
Kriştianu Ronaldu Bavariyada çıxış edə bilər

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını Almaniyada davam etdirə bilər.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" "qırmızı-şeytanlar"dan ayrılmaq istəyən 37 yaşlı hücumçu ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Münhen təmsilçisi portuqaliyalı forvardla agenti Jorxe Mendeş vasitəsi ilə əlaqə saxlayıb və onunla əməkdaşlıq etmək istədiklərini bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır. Hücumçu cari mövsüm bütün turnirlərdə 28 oyuna 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi