Kriştianu Ronaldu 5 gün karantində qalacaq

Kriştianu Ronaldu 5 gün karantində qalacaq Sentyabrın 3-də İngiltərəyə gedən "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu 5 gün karantində qalacaq.
Futbol
4 Sentyabr , 2021 10:47
Kriştianu Ronaldu 5 gün karantində qalacaq
Kriştianu Ronaldu

Sentyabrın 3-də İngiltərəyə gedən "Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu 5 gün karantində qalacaq.

"Report" "Evening News"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 36 yaşlı hücumçu üçün karantinin ləğv edilməsi ilə bağlı yerli hökumətə müraciət edib, lakin müsbət cavab almayıb.

Portuqaliyalı oyunçu koronavirus testi mənfi çıxdıqdan 5 gün sonra komanda ilə məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Ronaldu sentyabrın 1-də Portuqaliya yığmasının heyətində İrlandiyaya qarşı DÇ-2022-nin seçmə oyununda iştirak edib. O, 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada cəzalı duruma düşdüyü üçün sentyabrın 7-də Azərbaycan millisi ilə matçı buraxacaq.

Xatırladaq ki, təcrübəli forvard "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb. O, 2003 - 2009-cu illərdə də "qırmızı şeytanlar"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi