Kristian Eriksen İngiltərə klubuna keçir

Kristian Eriksen İngiltərə klubuna keçir Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.
Futbol
23 Yanvar , 2022 12:59
Kristian Eriksen İngiltərə klubuna keçir

Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.

"Report" xəbər verir ki, hazırda azad agent olan 30 yaşlı yarımmüdafiəçi "Brentford"la anlaşıb. Tərəflər arasında 3 gün ərzində rəsmi müqavilə imzalanacaq.

Klub təcrübəli oyunçunun tibbi müayinədən keçməsini gözləyir.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Onun son klubu İtaliya "İnter"i olub.

Son xəbərlər

Orphus sistemi