​"Krasnodar"ın futbolçusu: "Bu cür qarşılaşmalar Çempionlar Liqası səviyyəsindədir"

​"Krasnodar"ın futbolçusu: "Bu cür qarşılaşmalar Çempionlar Liqası səviyyəsindədir" Braziliyalı futbolçu "Borussiya" ilə oyundan danışıb
Futbol
12 Sentyabr , 2015 10:48
​Krasnodarın futbolçusu: Bu cür qarşılaşmalar Çempionlar Liqası səviyyəsindədir

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Borussiya" güclü komandadır. Mənim ixtiyarımda olsaydı, biz ancaq güclü klublara qarşı oynayardıq". "Report"un məlumatına görə, bunu klub saytına açıqlamasında Rusiya "Krasnodar"ının hücumçusu Ari deyib.

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibinin heyətində çıxış edən braziliyalı Almaniya "Borussiya"sı kimi güclü komandalarla oynamağın tərəfdarı olduğunu bildirib: "Belə oyunlarda öz futbol stilini, səviyyəni nümayiş etdirmək olur. Bu yaxşıdır. Deyərdim ki, bu cür qarşılaşmalar Çempionlar Liqası səviyyəsindədir".

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" Yunanıstan PAOK-u, "Krasnodar" isə "Borussiya" ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi