Kramarenkonun komandası 20 ildən sonra avrokuboksuz qaldı

Kramarenkonun komandası 20 ildən sonra avrokuboksuz qaldı Rusiyanın MOİK klubu 20 ildən sonra avrokuboklardan kənarda qalıb
Futbol
16 May , 2021 17:15
Kramarenkonun komandası 20 ildən sonra avrokuboksuz qaldı

Rusiyanın MOİK klubu 20 ildən sonra avrokuboklardan kənarda qalıb.

"Report"un məlumatına görə, "hərbçilər" Premyer Liqanın sonuncu - XXX turda Moskva "Dinamo"suna səfərdə 2:3 hesabı ilə uduzub.

MOİK bu nəticədən sonra 2020/2021 mövsümünü 50 xalla 6-cı pillədə bitirib. "Rubin" və "Soçi" 53 xalla müvafiq olaraq 4-5-ci yerləri tutub. "Lokomativ" 56 xalla 3-cü, "Spartak" isə 57 xalla 2-ci olub.

Qeyd edək ki, Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko MOİK-də işləyir. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi