Kosovo Futbol Federasiyası UEFA-ya üzv qəbul olunub

Kosovo Futbol Federasiyası UEFA-ya üzv qəbul olunub Bu barədə UEFA Konqresində qərar qəbul edilib
Futbol
3 May , 2016 14:23
Kosovo Futbol Federasiyası UEFA-ya üzv qəbul olunub

Bakı. 3 may. REPORT.AZ/ Kosovo Futbol Federasiyası UEFA üzvlüyünə daxil olub. "Report"un məlumatına görə, bu qərar Macarıstanın paytaxtı Budepeştdə keçirilən UEFA Konqresindəki səsvermənin yekunlarına əsasən verilib. 

Kosovonın üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib. 2 bülleten isə etibarsız sayılıb. Bununla da UEFA-ya üzv ölkələrin sayı 55-ə çatıb. 

İndi Kosovo Futbol Federasiyası FİFA üzvlüyünə qəbul olunması üçün ərizə verə və 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində iştirak edə bilər. 

Son xəbərlər

Orphus sistemi