Konfrans Liqasında son 2 mərhələnin püşkü atılır

Konfrans Liqasında son 2 mərhələnin püşkü atılır Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Futbol
18 Mart , 2022 08:15
Konfrans Liqasında son 2 mərhələnin püşkü atılır

Bu gün UEFA Konfrans Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bu, cari mövsümün son püşkatması olacaq və komandalar səbətlərə bölünməyəcək. Həmçinin növbəti raundlarda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.

Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olacaq.

UEFA Konfrans Liqası

1/4 final

"Marsel" (Fransa)

"Lester" (İngiltərə)

PSV (Niderland)

"Budyo Qlimt" (Norveç)

PAOK (Yunanıstan)

"Slaviya" Praqa (Çexiya)

"Roma" (İtaliya)

"Feyenoord" (Niderland)

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

Son xəbərlər

Orphus sistemi