Konfrans Liqası: "Roma" və "Lester"dən qələbə, "Bazel" "Marsel"ə uduzub

Konfrans Liqası: "Roma" və "Lester"dən qələbə, "Bazel" "Marsel"ə uduzub UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.
Futbol
11 Mart , 2022 01:55
Konfrans Liqası: Roma və Lesterdən qələbə, Bazel Marselə uduzub

Futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, son 4 matçın üçündə meydan sahibləri qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.

Bu raundun diqqət çəkən matçlarından biri Fransada baş tutub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" "köhlən atlar"la eyni qrupda yer almış İsveçrə "Bazel"ini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa təmsilçisinin heyətində hər 2 qolu Arkadiuş Milik vurub. 19-cu dəqiqədə penaltidən fərqlənən polşalı hücumçu 68-ci dəqiqədə dubl edib. Qonaqların yeganə qoluna isə 80-ci dəqiqədə Sebastyano Espozito imza atıb.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

10 mart

00:00. "Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1

00:00. "Lester" (İngiltərə) - "Renn" (Fransa) - 2:0

00:00. PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4

00:00. "Budyo Qlimt" (Norveç) - AZ (Niderland) - 2:1

21:45. PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0

21:45. "Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) - 4:1

21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1

21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.

23:37

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, 8 qarşlaşmadan dördü artıq başa çatıb.

Turnirin favoritlərindən İtaliya "Roma"sı Niderlandda "Vitess"i minimal hesabla məğlub edib. Niderland "Feyenoord"u Serbiyada "Partizan"ın qapısından 5 top keçirib.

Bundan başqa, Yunanıstan PAOK-u evdə Belçika "Gent"inə, Paraq "Slaviya"sı isə Çexiyada Avstriya LASK-na qalib gəlib.

Bu raundun digər 4 qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

10 mart

21:45. PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0

21:45. "Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) - 4:1

21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1

21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi