Konfrans Liqası: Yarımfinala yüksələn bütün komandalar məlum olub

Konfrans Liqası: Yarımfinala yüksələn bütün komandalar məlum olub UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Futbol
15 Aprel , 2022 00:52
Konfrans Liqası: Yarımfinala yüksələn bütün komandalar məlum olub

UEFA Konfrans Liqasında yarımfinalın bütün iştirakçıları bəlli olub.

"Report"un məlumatına görə, İngiltərə "Lester"indən sonra Fransanın "Marsel", Niderlandın "Feyenoord" və İtaliyanın "Roma" klubları mərhələ adlayıblar.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalın cavab matçında Yunanıstanda PAOK-la üz-üzə gəlib. Minimal hesablı qələbə qazanan Marsel şəhərinin eyniadlı təmsilçisi yarımfinala yüksəlib. Yeganə qolu 34-cü dəqiqədə Dmitri Payet vurub. Fransa klubu ilk görüşdə də rəqibini məğlub etmişdi.

"Roma" evdə Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkib. İlk oyunda 1:2 hesabı ilə uduzan "canavarlar" məğlubiyyətin əvəzini 4 cavabsız qolla çıxıblar.

"Feyenoord" isə Çexiyada Praqa "Slaviya"sına 2:1 hesabı ilə qalib gəlib. Niderlanddakı qarşılaşmada heç-heçə qeydə alınmışdı.

Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də baş tutacaq.

UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2

Qollar: Eran Zahavi, 27 - Ceyms Meddison, 77. Rikardu Pereyra, 88

İlk oyun - 0:0

23:00. "Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland) - 1:3

Qollar: İbrahim Traore, 14 - Siril Dessers, 2; 59. Luis Sinisterra, 78

Qırmızı vərəqə: Taras Kaçaraba, 90+4 ("Slaviya")

İlk oyun - 3:3

23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1

Qol: Dmitri Payet, 34

İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 4:0

Qollar: Temmi Abraham, 5. Nikolo Dzanyolo, 23; 29; 49

İlk oyun - 1:2

22:37

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

"Report"un məlumatına görə, gecənin ilk matçında İngiltərə "Lester"i Niderlandda PSV ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.

Hesabı 27-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Eran Zahavi açıb. 77-ci dəqiqədə Ceyms Meddison tarazlığı bərpa edib. 88-ci dəqiqədə isə Rikardu Pereyra "Lester"ə qələbə qazandırıb. İngiltərəki ilk görüşdə hesab açılmamışdı.

"Lester" yarımfinalda "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 28-də və mayın 5-də olacaq.

UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2

Qollar: Eran Zahavi, 27 - Ceyms Meddison, 77. Rikardu Pereyra, 88

İlk oyun - 0:0

23:00. "Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland)

İlk oyun - 3:3

23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa)

İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç)

İlk oyun - 1:2

Son xəbərlər

Orphus sistemi