Konfrans Liqası: "Qarabağ" və "Neftçi"nin potensial rəqibləri bəlli olur

Konfrans Liqası: "Qarabağ" və "Neftçi"nin potensial rəqibləri bəlli olur Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Futbol
1620
2 Avqust , 2021 08:00
Konfrans Liqası: Qarabağ və Neftçinin potensial rəqibləri bəlli olur

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, Azərbaycanın avrokuboklardakı təmsilçiləri "Neftçi" və "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Ağdam təmsilçisi III təsnifat mərhələsində Kipr AEL-ini üstələyəcəyi təqdirdə, 4 cütdən birinin qalibi ilə görüşəcək.

"Köhlən atlar" səpələnmişlər səbətində yer alacaq, rəqib isə səpələnməmişlər sırasından düşəcək. Onların arasında II təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırmış Serbiya "Çukariçki"si də var:

MOİK (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)

"Pakuş de Fereyra" (Portuqaliya) - "Larn" (Şimali İrlandiya)

"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)

"Çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç)

"Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşlərdən sonra mübarizəni dayandırsa, aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq:

“Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları)

“Linfild” (Şimali İrlandiya) – “Fola” (Lüksemburq)

“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)

“Riqa” (Latviya) – “Hibernians” (Malta)

“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi