Konfrans Liqası: "Qarabağ" topa ən çox nəzarət edən komandalardan biridir

Konfrans Liqası: "Qarabağ" topa ən çox nəzarət edən komandalardan biridir UEFA Konfrans Liqasının qrup mərhələsinin lI turundan sonra statistik göstəricilər açıqlanıb.
Futbol
1 Oktyabr , 2021 09:38
Konfrans Liqası: Qarabağ topa ən çox nəzarət edən komandalardan biridir

UEFA Konfrans Liqasının qrup mərhələsinin lI turundan sonra statistik göstəricilər açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub edən "Qarabağ" bir neçə nominasiyada ön pillələrdə qərarlaşıb.

Ağdam təmsilçisi topa ən çox nəzarət edən komandalardan biridir. "Köhlən atlar" 60,5 faiz göstərici ilə İngiltərə "Tottenhem"i ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv dəqiq ötürmələrdə isə 83,5 faizlə 6-cı sıradadır. "Qarabağ" iki görüş ərzində rəqib qapılarında 35 dəfə qol epizodu yaradıb və bu göstəricələrdə isə 3-cüdür.

Qeyd edək ki, "Qarabağ" ilk turda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edib. Komanda III turda Qazaxıstanın "Kayrat" klubunu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi